"Qalatasaray" Macarıstan millisinin üzvü Roland Şallai ilə anlaşıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb. Bu transfer "sarı-qırmızılar"a 6 milyon avroya başa gəlib.
Qeyd edək ki, Şallai son olaraq 2018-2024-cü illərdə Almaniyanın "Frayburq" klubunda çıxış edib.