Polad Bülbüloğlu təltif edildi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.

Mükafatı P.Bülbüloğluna Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun çərçivəsində Rusiya Federasiyasının Baş nazirinin müavini Tatyana Qolikova təqdim edib.

Qeyd edək ki, Ermitaj Mükafatı forumun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib.

Hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə Ermitaj Mükafatının verilməsi planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR