"Netflix" plagiat iddiası ilə məhkəməyə verildi

Hindistanlı rejissor Soham Şah "Netflix"i məhkəməyə verib və “Squid Game” serialının yaradıcılarını plagiatda ittiham edib.

Metbuat.az bildirir ki, O, filmin formatının oğurlandığını deyib. Şah qeyd edib ki, "The Squid Game" onun 2009-cu ildə çəkilmiş "Luck" filminin plagiatıdır. Onun fikrincə, serialdakı personajlar və hadisələr onun süjetinin surətidir.

Rejissor Netflix platformasının onun müəllif hüququnu pozduğunu bildirib. O, dəymiş ziyana görə təzminat tələb edir və hətta “Squid Game” filminin nümayişinə qadağa qoyulmasını tələb edir. İstədiyini əldə etmək üçün Soham Nyu-York federal məhkəməsində iddia qaldırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı