Türkiyədə Yusuf Dikeçə bənzəyən robotlar hazırlandı

Türkiyənin Düzce vilayətində mühərrik ustası Murat Çetin Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında əli cibində gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeçin duruşunu təkrarlayan iki robot hazırlayıb.

Metbuat.az xəbər verir ki, o, robotları avtomobil tullantılarından yığıb. Hər biri təxminən 400 kiloqram ağırlığında olan və iki min tullantı hissəsindən təşkil olunan Yusuf Dikeç robotları Çetinin sosial şəbəkədəki izləyiciləri və əsərlərini görməyə gələnlər tərəfindən bəyənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR