Azərbaycanın üç klubu cərimələndi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən üç klubu cərimələyib.

Metbuat.az xəbər verir ki, "Araz-Naxçıvan" VI turda "Kəpəz"ə qalib gəldiyi (1:0) matçdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

"Şamaxı" 700 manat ziyana düşüb. Buna bölgə təmsilçisinin "Sumqayıt"ı məğlub etdiyi (1:0) qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.

"Sumqayıt" isə oyunçuların isinmə hərəkətləri zamanı əsasnamə qaydalarının tələblərini pozması ucbatından 500 manat ödəməli olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı