30 məntəqədə qazın verilişi dayandırılacaq

Sabah İmişlinin 19, Biləsuvarın 11 yaşayış məntəqəsində qaz kəsiləcək.

Metbuat.az-ın məlumatına görə, diametri PE 315 mm-lik “Qəsəbə” və diametri PE 225 mm-lik “Aranlı” orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar olaraq, 18 sentyabr saat 09:00-dan etibarən sınaq işləri yekunlaşana qədər İmişli rayonunun 19 kəndində və Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 qəsəbədə (ümumi 10 364 abonent) “Otuzikilər” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı