"Qalatasaray" qələbə qazandı

Türkiyə Super Liqasında üçüncü turun təxirə salınmış görüşü baş tutub.

Metbuat.az xəbər verir ki, çempion "Qalatasaray" doğma azarkeşləri önündə "Qaziantep"i qəbul edib. Oyun "cim-bom"un böyük üstünlüyü ilə keçib ki, bu da hesabda öz əksini tapıb. Meydan sahiblərinin 3 qoluna qonaqlar yalnız bir təsəlli qolu ilə cavab verməyi bacarıblar - 3:1.

Bu nəticədən sonra "aslanlar" 15 xalla turnir cədvəlinə liderlik edir. "Qaziantep" isə cəmi 3 xalla 14-cüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR