​"Mançester Siti"də üsyan - Futbolçular oyuna çıxmaq istəmir

"Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Rodri futbol dünyasında rezonans doğuracaq açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o, futbolçuların matç təqviminin getdikcə sıx olması səbəbindən tətil etməyi düşündüyünü bildirib. Rodri, fiziki olaraq yorulduğunu və bu mövzunun soyunub-geyinmə otaqlarında davamlı olaraq gündəmdə olduğunu ifadə edib. Rodri, futbolçuların artıq gəlir mənbəyi olaraq görüldüyünü və dincəlmədiyini qeyd edib. Rodri, “Soruşduğunuz istənilən oyunçu eyni şeyi deyəcək. Belə davam edərsə, seçimimiz olmayacaq. Əsas olan bizik. Bu idmanın personajları yalnız pul və ya marketinq deyil, eyni zamanda oyunun keyfiyyəti də önəmlidir” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR