KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz - Kreml

Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) respublika üçün təhlükə adlandıran Ermənistanın baş naziri Nikola Paşinyanla qətiyyən razılaşmır.

Metbuat.az xarici media istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KTMT-dən heç bir təhlükənin olmadığını vurğulayıb.

“Biz Paşinyanla qəti şəkildə razılaşmamalıyıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Lakin biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq".

Qeyd edək ki, Paşinyan bu gün bildirib ki, ölkəsi KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtəyə” yaxındır. O, təşkilatda iştirakın dondurulması qərarını KTMT-nin “Ermənistanın təhlükəsizliyinə, onun suverenliyinə və dövlətçiliyinə təhdid yaratması ilə izah edib. Nikol Paşinyan bildirib ki, Ermənistan bu il Avropa Birliyinə üzv olmaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı