Vəfat edən tələbə bu şəxsin oğlu imiş - FOTO

Polşada qəfil vəfat edən tələbə Xəzər Cabbarlının nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi məlum deyil.

Metbuat.az Qafqazinfo-ya istinadən bildirir ki, bu barədə onun atası Azər Cabbarov bildirib. Laçın rayon 31 nömrəli tam orta məktəbin direktoru olan A.Cabbarov oğlunun ölüm səbəbinin ekspertiza rəyinin açıqlanmasından sonra məlum olacağını əlavə edib.

Qeyd edək ki, Polşanın Krakov şəhərində yaşayan və magistr təhsili alan Xəzər Cabbarlı sentyabrın 19-da qəfil dünyasını dəyişib. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri olan X.Cabbarlı ictimai sektorda fəal gənclərdən olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı