Qəzzada ölənlərin sayı 41 min 455-ə çatdı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 41 min 455-ə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda daha 24 fələstinlinin həyatını itirdiyi, 60 fələstinlinin isə yaralandığı bildirilib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə rəsmilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı