İsrailin 7 oktyabr 2023-cü ildən bəri qırğınlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 41 min 467 nəfərə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda 41 min 467 mülki vətəndaşın həyatını itirdiyini, 95 min 921 mülki vətəndaşın isə yaralandığı bildirilib.
Dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə rəsmilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.