COP29 çərçivəsində “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlərin görüşü keçiriləcək

Bu ilin noyabrnda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlər görüşü keçiriləcək.

Metbuat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Çinə səfər çərçivəsində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Baş katibi Yunq Ta Kimlə görüşdük. Azərbaycanın 2025 – 2026-cı illər üçün BNF-yə prezidentliyi məsələləri, bu istiqamətdə prioritetlər və təşkilatla əməkdaşlığı müzakirə etdik. Ölkəmizdə COP29 çərçivəsində keçiriləcək “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlər görüşü ilə əlaqədar müvafiq işlərin görülməsinə dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı