​Çin kosmosa 5 peyk göndərdi

Çin bərk yanacaqla işləyən “Licien-1” raketinin yeni modeli ilə kosmosa 5 peyk göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Sinxua agentliyi nəlumat verib. Bildirilir ki, “Jilin-1 SAR 01A” və “Yunyao-1 21-22” peykləri də daxil olmaqla peyk qrupu “Licien-1 Y4” raketi ilə ölkənin şimal-qərbindəki Ciuchuen Peyk Mərkəzindən kosmosa buraxılıb. Uçuş uğurla həyata keçib. 5 peyk planlaşdırılan orbital mövqeyə yerləşib. Bu uçuş “Licien-1” raketləri ilə həyata keçirilən 4-cü nəqliyyat missiyası olub.

Qeyd edək ki, Çin Elmlər Akademiyasına bağlı Pekin Konq Ki Kosmik Tədqiqat Texnologiyaları Şirkəti tərəfindən hazırlanmış bərk yanacaqla işləyən “Licien-1” raketi Yerin aşağı orbitinə və daha yüksəyə 1,5-2 ton faydalı yük daşıya bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR