“Arsenal”dan “Real”a 150 milyonluq badalaq - Ulduz futbolçunu alırlar

“Arsenal” Avropa nəhəngələrinin diqqətində olan Florian Virtzi transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, futbolçunu “Liverpul”, “Real Madrid” və “Mançester Siti” kimi nəhənglər də transfer etmək istəyir. Lakin, “Arsenal”ın transferdə daha öndə olduğu irəli sürülür. “Bild” qəzetinin məlumatına görə, “Arsenal”ın meneceri Mikel Arteta və idman direktoru Edu Virtzi izləyir və mövsümün sonunda oyunçunun transferi üçün hərəkətə keçməyə qərarlıdır. Futbolçunun transfer dəyərinin 150 milyon avro olduğu deyilir.

Qeyd edək ki, Florian Virtz 2020-2021-ci il mövsümündə “Bayer Leverkuzen”də uğur qazansa da, 2022-ci ildə çarpaz bağ zədəsi alıb. Onun bu zədədən sonra tam performansa qayıda bilməyəcəyi irəli sürsə də, Virtz ötən mövsüm “Bayer Leverkuzen”in tarixi çempionatında aparıcı rol oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR