​"Mançester Siti" Qvardiolaya 145 milyon büdcə verdi

Premyer Liqa nəhəngi "Mançester Siti"nin Rodrinin zədəsindən sonra onun əvəzinə transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Rodrinin zədələnməsindən sonra "Mançester Siti"nin Pep Qvardiolaya transfer üçün 145 milyon avro büdcə verəcəyi iddia edilib.

Mövsümü başa vuran ispaniyalı futbolçunun yerinə yarımmüdafiəçi transfer etmək istəyən klub, namizədləri nəzərdən keçirir. Bəzi mənbələrin iddiasına görə, "Mançester Siti" transfer siyahısının ilk sıralarında “Bavariya”nın futbolçusu Musiala yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR