​Bu gün VIII tura yekun vurulacaq - Oyunlar

Bu gün Misli Premyer Liqasında VIII tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, son oyun günündə iki matç baş tutacaq.

“Şamaxı” öz meydanında “Turan Tovuz”la görüşəcək. Son turlarda xal itirən qonaqlar əldən verdikləri liderləri qaytarmağa çalışacaqlar. Meydan sahibləri isə liderlərə yaxınlaşmaq üçün turu itkisiz keçməlidir.

Tura mərkəzi oyunla yekun vurulacaq. Liderlik mübarizəsində “Qarabağ”la “Sabah” görüşəcək.

Qeyd edək ki, I dövrənin son turu oktyabrın 4-6-da keçiriləcək.

Misli Premyer Liqası
VIII tur
29 sentyabr (bazar)
16:00. “Şamaxı” – “Turan Tovuz”
Baş hakim:
Tural Qurbanov
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Sabah”
Baş hakim:
İnqilab Məmmədov
“Azersun Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR