Latviya Prezidenti velosipeddən yıxılıb zədə aldı

Latviya Prezidenti Edqars Rinkeviç velosipeddən yıxılaraq zədələnib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı Rinkeviçin sağ biləyi və barmağı sınıb.

Qeyd olunur ki, hadisə sentyabrın 28-də baş versə də, Prezident yalnız bir gün sonra həkimə müraciət edib. Travmatologiya və ortopediya xəstəxanasında müayinə olunan dövlət başçısının əlinə gips qoyulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı