Livan İsrail sərhədinə ordu yeridə bilər - Açıqlama

Livanın baş naziri Nəcib Mikati ordunu ölkənin cənubundakı Litani çayının cənubuna göndərməyə hazır olduqlarını bildirib.

Metbuat.az xəbər verir ki, Baş nazir Mikati paytaxt Beyrutda parlament sədri Nebih Berri ilə görüşdən sonra təşkil edilən mətbuat konfransında belə deyib. BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə qəbul etdiyi 1701 saylı qətnaməyə diqqət çəkən Mikati deyib:

“Atəşkəs əldə edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri ilə koordinasiyalı şəkildə öz vəzifələrini yerinə yetirmək üçün Litani çayının cənubuna ordu göndərməyə hazırıq. "

Qeyd edək ki, İsrail Livanda atəşkəs üçün “Hizbullah”ın Litani çayının şimalına çəkilməsini və silahlarını yerə qoymasını tələb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı