"Liverpul"la müqaviləsi yekunlaşmaq üzrə olan Məhəmməd Salaha böyük təklif gəlib.
Metbuat.az xəbər verir ki, Salahın Səudiyyə Ərəbistanından təklif aldığı deyilir. “Fichajes”in xəbərinə görə,“Əl-Əhli” və “Əl-Nəssr” futbolçuya
"Liverpul"da aldığı maaşın 3 mislini təklif edib. Məlumata görə, misirli hücumçu hazırda "Liverpul"dan təxminən 22 milyon avro məvacib alır. İddialara görə, Salah təklifi nəzərdən keçirir. Onun cari maaşını üç dəfə artıra biləcək cəlbedici təklifi qəbul edəcəyi irəli sürülür.