Mourinyonun davranışı dünya mediasında - Foto

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun “Antalyasapor”la matç zamanı etdiyi hərəkət dünya mətbuatının gündəminə düşüb.

Metbuat.az xəbər verir ki, matçın 76-cı dəqiqəsində qapıçı ilə qarşılaşan Edin Dzeko fərqlənərək, "Fənərbaxça"nı 2-0 önə keçirib. Lakin oyundankənar vəziyyət səbəbindən qol ləğv edilib. Qolun ofsayd olmadığını irəli sürən Mourinyo qeyri-adi şəkildə reaksiya göstərib. Təcrübəli məşqçi noutbukunu kameranın qarşısına qoyub. Mourinyonun kompüterində Dzekonun qolunun skrinşotu əks olunub. Mourinyonun bu hərəkətini matçın baş hakimi Cihan Aydın sarı vərəqə ilə cəzalandırıb. Qeyd edək ki, oyun “Fənərbaxça”nın 2-0 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərənin “Daily Mail” qəzeti bu hərəkəti "Mourinyo noutbukla məyusluğunu ifadə etdi" başlığı ilə oxucularına çatdırıb. İngiltərənin məşhur idman saytı “Goal.com” Mourinyonun etirazını "Mourinyodan qeyri-adi reaksiya" başlığı ilə öz səhifəsinə daşıyıb. Başqa İngilis qəzeti “GiveMeSport” qəzeti Mourinyonun davranışını “Çelsi əfsanəsi viral oldu” başlığı ilə dərc edib.

İsveçin “Blick” qəzeti bu addımı “Görünməmiş təxribat” başlığı ilə dərc edib. “EuroFoot” Mourinyonun davranışını “Joze Mourinyo hakimin verdiyi qərara etiraz etmək üçün televizor kameralarının qarşısına noutbuk qoydu. O, bu hərəkətinə görə sarı vərəqə aldı” cümlələri ilə oxucuları ilə paylaşıb.

Dünya, Jose Mourinhonun Antalyaspor maçındaki hareketini konuşuyor: Eşi benzeri yok | Bunu daha önce hiç görmedik


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı