Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

“30 ildən artıqdır ki, itkin düşmüş şəxslər problemi ilə qarşılaşan ölkə kimi Azərbaycan dayanıqlı sülh gətirə biləcək məsələlərin əhəmiyyətini yaxşı bilir”.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu “Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi” mövzusunda paneldə xarici işlər nazirinin müavini Fariz Rzayev deyib.

O bildirib ki, beynəlxalq qətnamələr sülh və sülh quruculuğu prosesinin bir hissəsi kimi itkin düşmüş şəxslər probleminin həllini vurğulayır: “Humanitar elementlərin sülh danışıqlarına daxil edilməsi vacibdir. Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə Vətən müharibəsindən sonra qısa müddətdə 18 kütləvi məzarlıq aşkar edilib, azad edilmiş ərazilərdə basdırılan meyit qalıqları qeyri-insani şəraitdə basdırılıb. Bunlar sübutlardır. Son illərdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycan hökuməti lazımi addımları atır. İtkin düşmüş şəxslərin naməlum taleyi barışıq və davamlı sülh üçün maneə ola bilər. Bizim regionda sülhə münasibətimiz heç vaxt qisas üzərində qurulmayıb. Azərbaycan mina partlayışı riski yüksək olmasına baxmayaraq, 2000-ə qədər meyit qalığını Ermənistana qaytarıb”.

Nazir müavini, Ermənistanın bütün mövcud dəfn yerləri barədə məlumatları bölüşməsi üçün çağırış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı