General rütbəsi və medalı alınan Tofiq Həsənov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Tofiq Etibar oğlu Həsənovun ali xüsusi rütbəsindən məhrum edilməsi barədə sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, Tofiq Həsənov Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisidir.

O, aprel ayında 10 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş xidmət rəisi külli miqdarda rüşvət almaqla təqsirləndirilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, T.Həsənovun ədliyyə general-mayoru rütbəsindən və "Vətən uğrunda medalı"ndan mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqanlara təqdimat göndərilmişdi.

Qeyd edək ki, prokuror sabiq rəisə 11 il həbs cəzası istəmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı