Həmin xəstəxana direktoruna cinayət işi açıldı

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev barəsində cinayət işi açılıb.

Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, rayon prokurorluğu ona qarşı Cinayət Məcəlləsinin 313-cü, vəzifə saxtakarlığı maddəsi ilə ittiham irəli sürüb və təqsirləndirililən şəxs qismində istintaqa cəlb edilib.

Qeyd edək ki, 57 yaşlı Rauf Yəhyayev bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Bir müddət əvvəl onun pasiyenti döyməsi barədə video yayılmışdı, daha sonra sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.

Bu yaxınlarda isə onun özünün xəstəxanada bir neçə şəxs tərəfindən döyülməsi barədə məlumat yayılmışdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR