"Hizbullah" hücum etdi - İsrail ordusu itkilər verdi

“Hizbullah” Livanın cənubundakı Marun er-Ras qəsəbəsinə doğru irəliləyən 3 İsrail tankını məhv edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Hizbullah” təşkilatından açıqlama verilib. Hücumlarda İsrail əsgərlərinin öldüyü və yaralandığı bildirilib. Məlumatda, İsrailin şimalındakı Misgav Am və Kfar Giladi yaşayış məntəqələri arasında İsrail əsgərlərinin yerləşdiyi ərazinin tam dəqiqliklə vurulduğu bildirilib. “Hizbullah” silahlıları hücumu raketlərlə həyata keçirib. Bəyanatda həmçinin Livan sərhədi yaxınlığında İsrailin Ştula qəsəbəsində əsgərlərə hücum edildiyi, qəsəbənin şərqində irəliləyən İsrail əsgərlərinin güllə yağışına məruz qaldığı və burada qarşıdurmaların davam etdiyi bildirilib.

Qeyd edək ki, İsrail ordusu Livanla sərhəddə yerləşən Metula, Misgav Am. Kfar Giladi, Dovev, Tziv və Malkia qəsəbələrini "qapalı hərbi zona" elan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı