"Qarabağ" İsveç klubuna məğlub oldu - Avropa Liqası

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda "Qarabağ" İsveçin "Malmö" klubuna məğlub olub.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyonun qolu ilə "Qarabağ" hesabı açıb. Bundan cəmi 4 dəqiqə sonra İsveç təmsilçisinin hücumçusu Erik Botheym fərqlənərək bərabərliyi təmin edib. Görüşün 47-ci dəqiqəsində isə E.Botheym komandasının qələbə qoluna imza atıb.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.

***

21:54

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında 3-cü qol vurulub.

Metbuat.az xəbər verir ki, "Molde"nin futbolçusu Erik Botheym 47-ci dəqiqədə 2-ci qolu "Qarabağ"ın qapısından keçirib - 2:1.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juninyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

***

21:42

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, hazırda davam edən oyunda hesab bərabərdir - 1:1.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

***

21:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında ilk hissə başa çatıb.

Metbuat.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

***

21:09

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab bərabərləşib.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

Oyunda hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

***

21:03

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab açılıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 15-ci dəqiqəsində Juninyo fərqlənib - 1:0.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

***

20:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu start götürüb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR