8 saat ərzində 6 plastik əməliyyat keçirən qadın öldü - Foto

Braziliyada yaşayan 24 yaşlı Viviane Lira Monte 8 saat ərzində 6 plastik əməliyyat keçirdikdən sonra dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, polis gənc qadının ölümünün şübhəli olduğunu bildirib. Hadisə ilə bağlı araşdırma aparılır. Məlumata görə, əməliyyatlarda qarın, qol, kürək və çənə nahiyələrinə müdaxilə edilib, döş kiçiltmə və piylərin çıxarılması aparılıb. Daha sonra cərrah çıxarılan piyi omba böyütmək üçün istifadə edib. Əməliyyatdan sonra gənc qadının 15 saat sonra evə qayıtmasına icazə verilib, lakin onun səhhəti ə pisləşib və ailəsi onu təcili olaraq xəstəxanaya çatdırıb. Xəstəxanada qadının təzyiqinin aşağı düşdüyünü görən həkimlər onu başqa xəstəxananın reanimasiya şöbəsinə köçürüblər. Qarın boşluğunda ürək çatışmazlığına səbəb olan infeksiya nəticəsində 22 gün reanimasiyada qalan 24 yaşlı qadın dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı