İranın XİN başçısı Livana getdi

İranın xarici işlər naziri Abbas Ərakçi Livan hakimiyyəti ilə danışıqlar aparmaq məqsədilə bu ölkədə səfərdədir.

Metbuat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai "X" sosial şəbəkəsində məlumat verib.

Abbas Ərakçinin başçılıq etdiyi nümayəndə heyətinə İran parlamentinin iki deputatı və Qızıl Aypara Cəmiyyətinin başçısı daxildir.

Səfər çərçivəsində İran-Livan münasibətləri, İsrailin son hücumları ilə bağlı müzakirələrin aparılması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı