Oktyabr üç bürc üçün çətin keçəcək

Hər ayın şanslı və şanssız bürcləri astrologiya ilə maraqlanan insanlar tərəfindən yaxından izlənilir. Astroloqlar oktyabr ayını çətin keçirəcək üç bürc açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, astroloqlara görə, Qoç, Xərçəng və Oğlaq bürcləri bəzi mövzulara xüsusi diqqət yetirməlidirlər.

Qoç Bürcü

Oktyabr ayının əvvəlində gözləmədiyiniz hüquqi problem ortaya çıxa bilər. Dostlarınızla bağlı müəyyən çətinliklər yaşaya bilərsiniz. Ayın ortalarına doğru qardaşınız və ya övladlarınızın karyerası ilə bağlı bir sıra gərgin xəbərlər ala bilərsiniz. İş dəyişiklikləri, təqaüdlər və ya təhsil sahəsində çətinliklər yaşanması mümkündür. Bundan əlavə, qəza riski yüksəkdir, həm özünüz, həm də həyat yoldaşınız və ya atanız üçün ehtiyatlı olmaq məsləhətdir. Xüsusilə oktyabrın ortalarında daha çox sədəqə verməyə diqqət yetirin. Evdə balansı qorumaq çətin ola bilər. Ayın sonlarına yaxın iş həyatınızda, xüsusən də ortaq işlərdə çətinliklər yaşaya bilərsiniz. Lakin bu proses sizə zərər verən insanlardan və vəziyyətlərdən qurtulmaq üçün bir fürsət ola bilər. 28 oktyabr tarixində isə xaricə səyahət, akademik həyat, məhkəmə və ya dövlət məsələləri ilə bağlı sıxıntılar yaşanması mümkündür. Bu müddətdə istəklərinizə təslim olmamalı və ən doğru olanı etməyə çalışmalısınız.

Xərçəng Bürcü

Bu ay ailə üzvləri, övladlar və tələbələrlə bağlı məsələlər əsas mövzu ola bilər. Onların həyatı ilə bağlı hüquqi problemlər yaşana bilər. Hətta miras məsələləri gündəmə gələ bilər. Evinizdə təmir işləri oktyabr ayının əvvəllərində sizi daha çox yora bilər. Ayın ortalarına doğru bu işləri başa çatdırmaq istəyəcəksiniz. Problemlər yaşayan evlilər və ya ortaq biznesi olanlar bunları bitirmək qərarına gələ bilərlər. Ayın sonlarına doğru atanızın və ya həyat yoldaşınızın məhkəmə ilə bağlı məsələləri varsa, bu məsələlər həll oluna bilər. Lakin bu dönəm ciddi dəyişikliklərlə üzləşə bilərsiniz. Oktyabrın sonuna yaxın münaqişələrdən qaçmağa çalışın. Gündəlik həyatın tələskənliyindən ilahi dəyərlərə bağlılığı unutmayın. Xaricə səyahət və təhsillə bağlı çətinliklər yaşana bilər, xüsusən də sənədlərlə bağlı məsələlərdə.

Oğlaq Bürcü

Oktyabr ayının əvvəlində iş ortaqlıqları və müqavilələrlə bağlı çətinliklər yaşaya bilərsiniz. İş həyatında yaşca kiçik olan kişi fiqurlarla münaqişələr baş verə bilər. Məktəbdə oxuyanlar isə təhsil sahəsində çətinliklər yaşayacaqlar. Uşaqları olanlar övladlarının məktəb həyatında problemlərlə qarşılaşa bilərlər. Ayın ortalarında bu məsələlər bir daha açılmamaq şərtilə həll oluna bilər. Plutonun Oğlaq bürcündə retroda olması sizin özünüzlə bağlı məsələlərdə son dəfə saflaşma prosesinə girəcəyiniz anlamına gəlir. 14 oktyabr kimi tarixlərdə ictimai statusunuzda ciddi dəyişikliklər ola bilər. Ayın sonlarına doğru yaxın ətrafınızla bağlı bilmədiyiniz bəzi məsələləri öyrənə bilərsiniz. Sözün gücünü unutmamalı, düşüncələrinizə və dediklərinizə diqqət yetirməli, sonradan peşman olmayacağınız şəkildə davranmalısınız.

Bu bürclər üçün oktyabr ayı çətinliklərlə dolu ola bilər, lakin səbrli və diqqətli olmaq bu dövrü daha rahat keçirməyə kömək edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı