"Real" transferlərə doymur - Fantastik təklif

"Bavariya" klubu Camal Musialaya yeni müqavilə təklif edib.

Metbuat.az xəbər verir ki, futbolçunun klubla müqaviləsi 2026-cı ildə yekunlaşır. "Bavariya" futbolçu ilə müqavilənin müddətini daha bir neçə il uzatmaq istəyir. "Sky Sport"un məlumatına görə, Musiala təklifi qəbul etsə, illik 25 milyon avro əldə edəcək. Bununla da, o klubda ən çox məvacib alan Harri Keynlə eyni miqdarda qazanc əldə edəcək. Bildirilir ki, "Bavariya" klubunun yarımmüdafiəçiyə belə böyük müqavilə təklif etməsinin səbəbi, “Real Madrid”in futbolçuya marağı ilə bağlıdır.

Qeyd edək ki, futbolçunun “Real”ın təklifinə maraq göstərdiyi barədə xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı