Ukraynada müharibə bitir? - "Danışıqlar aparmaq istəyirik"

Ukrayna Rusiya ilə sülh sammitində eyni masa arxasına oturmaq istəyir.

Metbuat.az xəbər verir ki, Ukraynanın Türkiyə səfiri Vasil Bodnar belə açıqlama verib. Reuters xəbər agentliyinə danışan səfir bildirib ki, Ukrayna Rusiyanın da daxil olduğu sülh sammiti keçirmək istəyir. Ukrayna nümayəndəsi bildirib ki, hələlik ikitərəfli danışıqlardan söhbət gedə bilməz. Bununla belə, o, Ukraynanın Rusiya rəsmiləri ilə görüşmək istədiyini bildirib. Səfir Vasil Bodnar "Növbəti sammitin ən mühüm məqsədi Ukraynada ədalətli sülhə nail olmaqdır. Ukrayna Rusiya ilə üzbəüz oturub Rusiyanın tələblərini səssizcə dinləməyəcək" deyə bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski növbəti sammitdə Ukraynanın “qələbə planını” açıqlayacağını bəyan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı