Peres transfer siyasətini dəyişdi - Yeni ulduzlar gəlir

"Real Madrid" təcrübəli oyunçusu Dani Karvahalın zədələnməsindən sonra transfer siyasətində dəyişiklik edir.

Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi mövsümün ortasında heyətini müdafiəçilərlə gücləndirmək istəyir. “Marca” qəzetinin məlumatına görə, “Real”ın siyahısında bir neçə futbolçu var. “Real” sol cinah mövqeyi üçün “Leypsiq”də çıxış edən Castello Lukeba və “Palmerias”ın müdafiəçisi Viktor Reisi seçib.“Ajaks”ın gənc müdafiəçisi Jorrel Hato da “Real Madrid”in transfer etmək istədiyi oyunçulardandır. İngiltərə mətbuatının xəbərinə görə, Arnold hələ də “Liverpul”la yeni müqavilə üçün danışıqlara başlamayıb. “Real” sağ cinah üçün isə Arnoldu transfer etməkdə maraqlıdır.

Qeyd edək ki, “Real Madrid” son 5 ildə mövsümün ortasında transfer həyata keçirməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR