Ən xəsis 4 bürc - Pulu özündən də gizlədirlər

Elm tərəfindən sübut edilməsə də, astrologiya göy cisimlərinin insan xarakterinə təsirini izah etməyə çalışır. Astroloqlara görə, hər bürcün özünəməxsus xarakterik xüsusiyyətləri var. Məsələn, kimisi qazandığı pulu sonuna qədər xərcləyib həyatdan zövq almağa çalışır, digəri qazancını hətta özündən belə gizlədir.

Metbuat.az xarici KİV-ə istinadən ən xəsis 4 bürcü təqdim edir:

Əqrəb bürcü

Astrologiya dünyasında dözümlülüyü ilə tanınan əqrəb bürcünü təslim olmuş vəziyyətdə görmək demək olar ki, mümkünsüzdür. Olduqca şübhəçi olan bu bürc insanlara asanlıqla güvənməz.

Həyatları ilə bağlı detalları paylaşmaqdan çəkinən əqrəblər maliyyə vəziyyətləri barədə danışmağı da sevməzlər. Əqrəb bürcü qazandığı pulu öz ehtiyacları üçün xərcləməyi sevsə də, mövzu başqaları olanda, birdən yoxa çıxarlar. Pulu dağıtmağı sevməyən əqrəblər üçün gələcəyi təmin etmək, mehriban olmaqdan daha önəmlidir.

Xərçəng bürcü

Astrologiya dünyasının ən evdar bürcü olan xərçənglər çöldə pul xərcləməyi çox da sevməzlər. Əsasən ev əşyalarına pul xərcləyən xərçənglər üçün əsas prioritet öz yaşayış sahələrinin rahatlığını təmin etməkdir.

Oğlaq bürcü

Nizam-intizamı ilə seçilən oğlaqlar qazandıqları pulu yığmaqdan zövq alarlar. Onların yığımlarının gün keçdikcə böyüməsi onlara izahı mümkün olmayan bir həzz verir. Oğlaq bürcü də əqrəb kimi gələcəyini təmin etmək üçün daim çalışır.

Qız bürcü

Tənqidçi xüsusiyyətləri ilə diqqət çəkən qız bürcü özlərindən başqa hər kəsdə qüsur tapa bilər. Bu səbəbdən, xəsis olduqlarını etiraf etmələri də çox çətindir. Qız bürcü pulu cüzdanda saxlamağa və dağıtmamağa xüsusi diqqət göstərir. Mükəmməlliyyətçi yanaşmaları pul yığarkən də özünü büruzə verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı