Ronaldinyo futbola geri qayıdır - Bu klubda oynayacaq

Braziliyalı əfsanəvi futbolçu Ronaldinyo həm oyunçu, həm də klub sahibi kimi peşəkar futbol həyatına qayıtmağa qərar verib.

Metbuat.az xəbər verir ki, keçmiş futbolçu əvvəllər əməkdaşlıq etdiyi investor qrupu ilə Şimali Amerika üçüncü liqasında yer alan “Greenville Triumph” klubunu satın alıb. Ronaldinyo bildirib ki, “Greenville”i ABŞ-ın qabaqcıl klublarından biri etmək istəyir. “Foot Mercato”nun xəbərinə görə, Ronaldinyo təkcə klubu idarə etməyəcək, həm də yaşıl meydanlarda oynayacaq.

Qeyd edək ki, karyerası boyu böyük uğurlara imza atan Ronaldinyo, “Qızıl top”, Dünya Kuboku və Çempionlar Liqası da daxil olmaqla ümumilikdə 12 kubok qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR