Peresdən Ançelottiyə sürpriz sual - Ardanı niyə oynatmırsan?

“Real Madrid”in prezidenti Florentino Pereslə baş məşqçi Karlo Ançelotti arasında Arda Gülerlə bağlı görüş baş tutub.

Metbuat.az xəbər verir ki, Peres Ançelottini otağına çağıraraq, onunla Arda barədə söhbət edib. İspaniya mediasının məlumatına görə, Peres baş məşqçidən Arda Güleri niyə oynatmadığını soruşub. Ançelotti “O, bizim istəklərimizə daha yaxşı uyğunlaşır, amma daha yaxşı müdafiə olunmalıdır. Gələcəkdə daha çox oynayacaq, ona güvənirik” deyə bildirib. Tərəflər arasındakı danışığın əlavə detalları məlum deyil.

Qeyd edək ki, ötən mövsüm də Pereslə Ançelotti arasında Arda Gülerlə bağlı danışıq aparılıb. Peres Ançelottidən Ardaya daha çox şans verməsini istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR