Harris İsrailə çağırış etdi

ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrailə çağırış edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, İsrail Qəzzada ehtiyacı olanların humanitar yardıma çıxışını asanlaşdırmaq üçün əlavə addımlar atmalıdır. Bu barədə o, sosial media hesabında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının bəyanatı ilə bağlı paylaşım edib. Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bildirib ki, Qəzzanın şimalına humanitar yardım daxil olmur.

Harris, "İsrail ehtiyacı olanlara yardım axınını asanlaşdırmaq üçün təcili olaraq daha çox işlər görməlidir. Qanunlara hörmət edilməlidir. Mülki insanlar qorunmalı və qida, su və dərman vasitələrinə çıxışı olmalıdır” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR