Tayvanın şimal-şərqində 5.8 maqnitudalı zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Hava İdarəsi xəbər yayıb.

Qeyd olunub ki, yeraltı təkanların mərkəzi İlan qəzasının Suao qəsəbəsində yerləşib.