“WhatsApp” mesajlarla bağlı yenilik etdi - FOTO

"WhatsApp" son beta versiyası ilə bir sıra yeni funksiyaları təqdim edib.

Metbuat.az xarici mənbələrə istinadən bildirir ki, iOS 24.21.10.70 versiyalı "WhatsApp" beta yenilənməsi istifadəçilərə "mesaj vidceti" funksiyasını sınaqdan keçirmək imkanı verir. Yeni vidcetlə favorit mesajlaşmaları, son əlaqələri və ya tez-tez ünsiyyətdə olduqları qrupları seçmək olur. Bu xüsusiyyət ünsiyyəti daha da sürətləndirir. Vidcetlər müxtəlif ölçülərdə mövcuddur; kiçik vidcet iki əlaqəyə, böyük isə dörd əlaqəyə və ya qrupa sürətli giriş təmin edir.

Eyni zamanda "WhatsApp" Android versiyasında da yeniliklər edib. Mesajlarda tapılan linkləri sürətlə doğrulama funksiyasını təkmilləşdirərək istifadəçilərə göndərdikləri və aldıqları şəkillərin doğruluğunu yoxlamaq imkanı yaradan görüntü axtarış funksiyası əlavə olunub. Bu funksiya saxta və ya dəyişdirilmiş şəkilləri internetdə axtarmaq üçün istifadə olunur.

Şəkil axtarışı zamanı görüntülər "Google"a yüklənsə də, bu proses zamanı "WhatsApp" şəxsi məlumatları saxlamır və işlənmir, bu da istifadəçi məxfiliyini qoruyur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR