İkardi gedə bilər - Osimhen ​"Qalatasaray"ı qarışdırdı

"Qalatasaray"ın futbolçusu Mauro İkardinin meneceri Letterio Pino hücumçunun karyerası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o futbolçunun "Qalatasaray"dan ayrıla biləcəyini istisna etməyib. “İkardi İtaliyaya qayıtsa sürpriz olmaz” deyən menecerin sözlərinə görə, futbolçu Türkiyədə çox sevildiyi üçün onun "Qalatasaray"dan ayrılması asan olmayacaq. Letterio Pino, Viktor Osimhenin “Qalatasaray”a gəlməsinə İkardinin necə reaksiya verdiyini açıqlayıb. Pino, "Okan Buruk İkardiyə zəng edərək belə bir ehtimalın olduğunu söylədi. Mauro, 'Çox yaxşı anlaşsınlar" dedi” deyə bildirib.

Qeyd edək ki, Viktor Osimhenin transferindən sonra "Qalatasaray"ın hücum xəttində rəqabət artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR