"Real"a Reis gəlir - 100 milyonluq savaş başladı

“Real Madrid” müdafiə mövqeyinə yeni oyunçu transferi üçün səylərini davam etdirir.

Metbuat.az xəbər verir ki, “Real” "Palmeyras"ın istedadlı futbolçusu Vitor Reisi transfer etməkdə maraqlıdır. "Real Madrid" Naçonun gedişindən sonra müdafiəyə yeni oyunçu transfer etməyib. Valyexonu əsas heyətə qatan "Real Madrid" Militaonun davamlı zədələnməsi, Rüdigerin hər matçda oynamaqdan yorulmağa başlaması və Alabanın zədələnməsində sonra bu mövqeyə yeni oyunçu transfer etmək istəyir. Bildirilir ki, Vitor Reisi “Real”a getməyə yaxın olsa da, futbolçunu transfer etmək üçün “Arsenal”, “Liverpul”, “Çelsi”, “Barselona” kimi komandalar da səy göstərir. "Palmeyras"la 2028-ci ilə qədər müqaviləsi olan futbolçunun sərbəst qalma məbləği 100 milyon avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR