Bu tarixdə bank kartları işləməyəcək

Bu gecə 01:00-dan 07:00-a qədər “Azericard” prosessinq mərkəzində təkmilləşdirmə işləri aparılacaq.

Metbuat.az “Operativ Media”ya istinadən xəbər verir ki, qeyd edilən müddət ərzində 15-ə yaxın bankın kartında əməliyyatlar zamanı məhdudiyyətlər yarana bilər.

Qeyd edək ki, “Azericard”ın tərəfdaşları siyahısına ABB, Pasha Bank, Xalq Bank, Bank Respublika, Yelo Bank, Rabitə Bank və başqa banklar daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR