​"Real Madrid" Modriçin yerinə onu gətirir - FOTO

"Real Madrid"də Luka Modriçi gənc yarımmüdafiəçi Florian Virts əvəzləyə bilər.

Metbuat.az xəbər verir ki, Madrid klubu "Bayer Leverkusen"in 21 yaşlı alman yarımmüdafiəçisi Virtsi Modriçin varisi kimi görür.

Məlumata görə, "Real" rəhbərliyi Almaniya milli komandasının üzvü olan Virtslə gizli danışıqlar aparır. Modriçin komandadakı gələcəyi hələ müəyyən edilməsə də, klub onu əvəzləyəcək gənc istedad axtarışına davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR