Futbolçusu Qurbanovla qohum olur - FOTO

Futbol üzrə milli komandamızın Estoniya ilə son səfər oyununda kapitanı olmuş "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov bu gün ailə həyatı qurur.

Tanınmış futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovun qızı ilə izdivaca girir.

Metbuat.az Sports.az-a istinadən xəbər verir ki, toy mərasimi "Sapfir" Şadlıq Sarayında keçiriləcək.

Qeyd edək ki, "İnter"dəki çıxşları ilə tanınan Abbas Hüseynov Gəncədə doğulub.

Musa Qurbanov isə əslən Zaqatala rayonundandı və 1993/94 mövsümündə Azərbaycan çempionatının bombardiri kimi adını futbol tariximizə yazdırıb.

Musa və Qurban Qurbanov qardaşları 1-ci Liqada mübarizə aparan "Zaqatala" Futbol Klubunun qeyri-rəsmi sahibləri kimi tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR