Marsda maraqlı görüntü qeydə alındı

NASA-nın "Perseverance" kəşfiyyat cihazı Marsda maraqlı görüntü çəkib.

Metbuat.az xəbər verir ki, lentə alınan görüntüdəki qayanın insan üzünə bənzəməsi diqqət çəkib. Elm adamları bildirib ki, Marsın səthindəki qaya insan başına bənzəsə də, əslində adi bir qayadır. Xəbərdə deyilir ki, Marsda belə maraqlı formalar əvvəllər də müşahidə edilib. Daha əvvəl də ayı üzü, döyüşçü fiquru, qaşıq və hətta həşərat kimi təsvirlər qeydə alınıb. Alimlər belə təsvirlərin təsadüfi forma və kölgələrin birləşməsindən yarandığını bildirirlər.

Qeyd edək ki, Marsda hələ həyat formalarının izlərinə rast gəlinməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR