İsrail qırıcıları Beyruta zərbələr endirdi

İsrail hərbi təyyarələri Beyrutun cənubuna, Hizbullahın obyektlərinin yerləşdiyi və tərəfdarlarının yaşadığı ərazilərə zərbələr endirib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, paytaxtın Haret-Horeyk məhəlləsində ən azı üç güclü partlayış baş verib.

İsrailin qırıcıları tərəfindən həyata keçirilən zərbələr nəticəsində baş verən partlayışlarla bağlı dağıntılar və insan tələfatı barədə hələlik məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR