Həftənin hansı günü hansı bürcə uğur gətirir? - SİYAHI

Hər birimiz həftənin müəyyən günlərinin bizim üçün uğurlu olduğunu düşünürük. Və həftə içində həmin günün gəlməsini səbrsizliklə gözləyirik. Uğurlu gün bütün işlər sanki yolunda gedir, daha sakit hisslər insanı bürüyür. Astroloqlara görə, hər bürcün öz uğurlu günləri var.

Metbuat.az bizimyol.info-ya istinadən bürclərin uğurlu günlərini təqdim edir:

Qoç bürcü

Bürcünüz üçün uğurlu gün, çərşənbə axşamıdır. Bu gün hərəkətə keçmək istədiyiniz məsələlərdə daha aqressiv və cəsarətli ola, gücünüzü başqalarına qəbul etdirə bilərsiniz.

Buğa bürcü

Bürcünüz üçün uğurlu gün, cümə günüdür. Bu gün özünüzü təmin etmək istədiyiniz məsələlərdə daha rahat hərəkət edə və investisiyalarınızda daha şanslı ola bilərsiniz.

Əkizlər bürcü

Bürcünüz üçün xeyirli hesab edilən çərşənbə günü, daha sürətli və asan ünsiyyət qura bilər, eyni zamanda öyrənmək istədiyiniz mövzularda çox daha sürətli nəticə əldə edə bilərsiniz.

Xərçəng bürcü

Bürcünüz üçün əlverişli gün olan bazar ertəsi günü, eviniz və ailənizlə bağlı məsələləri çox daha asan həll edə və gördüyünüz işlərlə özünüzü, ailənizi təhlükəsiz hiss edə bilərsiniz.

Şir bürcü

Bazar günü, Şirlər üçün əlverişlidir. Bazar günləri istedadlarınızı üzə çıxaracaq, əldə edəcəyiniz nəticələrlə hər kəsin tərifini və təqdirini qazanacaq işlə məşğul ola bilərsiniz.

Qız bürcü

Sizin üçün ən müsbət gün hesab edilən çərşənbə günü, diqqət tələb edən ətraflı araşdırmalardan daha rahat nəticələr əldə edə və əla sövdələşmələr edə bilərsiniz.

Tərəzi bürcü

Cümə günü, sizin bürcünüz üçün ən əlverişli gün hesab olunur. Cümə günləri olacağınız sosial mühitlərdə son dərəcə uğurlu əlaqələr qura və diplomatiya tələb edən məsələlərdə bacarıqlarınızla çox təsirli ola bilərsiniz.

Əqrəb bürcü

Çərşənbə axşamı, sizin üçün ən müsbət gün hesab olunur. Çərşənbə axşamı başqalarını heyran etmək və gücünüzü sübut etmək istədiyiniz bütün mövzularda uğurla işləyə bilərsiniz.

Oxatan bürcü

Uğurlu gününüz cümə axşamıdır. Özünüzü təkmilləşdirmək, inanclarınızı gücləndirmək, araşdırma və resurslarınızı genişləndirmək üçün görmək istədiyiniz hər hansı iş üçün cümə axşamı gününü seçə bilərsiniz.

Oğlaq bürcü

Bürcünüz üçün uğurlu günlər olan şənbə günü güclü iradə nümayiş etdirərək, sizi hədəfinizə aparacaq işlərlə məşğul ola və uğurlu nəticələr əldə edə bilərsiniz.

Dolça bürcü

Şənbə günü, sizin bürcünüz üçün uğurlu gün hesab olunur. Bu günlərdə təşkil etdiyiniz təşkilatlarda və gələcək işinizdə uğur qazana bilərsiniz.

Balıq bürcü

Bürcünüz üçün ən uğurlu gün, cümə axşamı günüdür. Xəyallarınıza çatmaq üçün cümə axşamı günü hərəkətə keçə və gördüyünüz işlərdə şansın sizdən yana olduğunu güclü şəkildə hiss edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR