Qvardiolanı kim əvəzləyəcək? - Namizəd hazırdır

Pep Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Metbuat.az xəbər verir ki, Qvardiola hələ yeni müqavilə imzalamadığı üçün onun klubdan gedə biləcəyi iddia edilir. Məlumata görə, "Mançester Siti" Qvardiolanın mümkün gedişi ilə bağlı artıq onun alternativlərini hazırlayıb. Bildirilir ki, Pep Qvardiola, bundan əvvəl müsahibəsində klubun futbol direktoru Txiki Begiristaynla olan dostluqları səbəbiylə “Siti” ilə müqaviləsini iki dəfə uzatdığını açıqlamışdı. Txiki Begiristayn artıq klubdan getdiyinə görə, Qvardiolanın da "Mançester Siti"dən gedəcəyi deyilir. “The Telegraph” yazır ki, “Mançester Siti” rəhbərliyi Qvardiolanın gedəcəyi halda onun yerinə Xabi Alonsonu gətirmək istəyir. Alonsodan başqa Ruben Amorim də “Mançester Siti”nin gətirmək istədiyi məşqçilər arasındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR