"Hizbullah"dan Netanyahunun evinə hücum barədə açıqlama

Livan “Hizbullah”ı ötən həftə İsrailin baş naziri Binyamin Netanyahunun Qeysəriyyə şəhərindəki evinə pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumun məsuliyyətini üzərinə götürüb.

Metbuat.az xəbər verir ki, “Hizbullah” sözçüsü Mohammed Afif mətbuat konfransında bildirib ki, hərəkat Netanyahunun evinə PUA ilə hücuma görə məsuliyyəti öz üzərinə götürür. İsrailin baş nazirliyi də Netanyahunun evinin PUA hücumu ilə hədəf alındığını açıqlayıb. İsrail mediası Netanyahunun evinin yuxarı mərtəbəsində partlayış nəticəsində zədələnmiş gülləkeçirməz şüşənin görüntülərini dərc edib. İsrail dövlət televiziyası KAN da PUA-nın Netanyahu cütlüyünün yataq otağının pəncərəsində partladığını iddia edib.

Qeyd edək ki, PUA hücumu ilə bağlı məlumatların paylaşılmasına dair mediaya qoyulan qadağa indi ləğv edilib və bundan sonra məlumatlar açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı