Mahir Emreli "Nürnberq"də növbəti qola imza atdı

Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda növbəti qolunu vurub.

Metbuat.az-ın məlumatına görə, II Bundesliqanın 10-cu turunda keçirilən "Nürnberq" - "Reqensburq" oyununda Mahir Emreli 23-cü dəqiqədə fərqlənib. O, komandasının ikinci qoluna imza atıb. Hazırda davam edən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.

Qeyd edək ki, Mahir Emreli ötən tur "Qroyter Fyurt"la matçda ilk qoluna imza atmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR