İsrailin 4 hərbçisi Livanda həlak oldu

İsrail ordusunun Livanda həyata keçirdiyi əməliyyat nəticəsində daha dörd hərbçi həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Həlak olan hərbçilərin hamısının “Alon” ehtiyat piyada briqadasında xidmət etdiyi və Livanın cənubunda döyüşdə həyatını itirdiyi bildirilib. Onların arasında hərbi ravvin də var. Daha beş hərbçi ağır yaralanıb, müalicə üçün təxliyə edilib.

Xatırladaq ki, İsrail ordusu sentyabrın 23-dən Livandakı "Hizbullah" təşkilatının mövqelərinə qarşı "Şimal oxları" əməliyyatına başlayıb. Əməliyyatın əsas məqsədi şimal sərhəd bölgələrində təhlükəsizliyi təmin edərək bölgə sakinlərinin geri qayıdışını təmin etməkdir. Oktyabrın 1-dən etibarən İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatlarına da başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı